KOB Klaster

 
KOB Klaster təqdimat: yüklə

Azərbaycan Respublikasının Vergi Məcəlləsində KOB klaster şirkəti və KOB klasterin iştirakçısı üçün aşağıdakı vergi güzəştləri nəzərdə tutulmuşdur

KOB klaster şirkəti KOB klaster şirkətlərinin reyestrinə daxil edildiyi tarixdən 7 il müddətinə aşağıdakı vergilərdən azaddır:
- mənfəət vergisindən;
- torpaq vergisindən;
- əmlak vergisindən;
- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təsdiqedici sənədi əsasında istehsal, yaxud emal məqsədləri üçün texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı - ƏDV-dən.

KOB klasterin iştirakçısı olan fərdi sahibkarın (hüquqi şəxsin) KOB klaster şirkəti ilə bağlanmış müqavilə əsasında təqdim etdiyi mal (iş, xidmət) üzrə əldə etdiyi gəlirin (mənfəətin) kapital xarakterli xərclərin çəkilməsinə yönəldilən hissəsi 7 il müddətinə gəlir (mənfəət) vergisindən azaddır. 

Powered by Froala Editor